İstanbulda
keçirilən kyokuşinkaykan karate və ciyutaido üzrə dünya çempionatlarında uğurla
çıxış edən Azərbaycan milli komandasının üzvləri 2 qızıl, 3 gümüş və 3 bürünc
medal qazanıblar. Ciyutaido üzrə dünya
çempionatını isə təmsilçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa
vurublar. Qürur və fəxr
hissi ilə bildiririk ki, “Xocalının “brilliant oğlan”ı adlandırdığımız Abbaslı
Abbas Nəriman oğlu ciyutaido üzrə dünya
çempionatının kubokuna və qızıl medalına sahib olub. Qeyd
edək ki, əslən Xocalı rayonunun Cəmilli kəndindən olan Abbas Abbaslı 2011-ci il dekabrın 12-də Bakıda doğulub. Abbas, hələ 8 yaşında ikən İstanbulda keçirilən
karate kyokusinkay üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. 2019-cu il fevralın 14-də
İranda keçirilən ciyutaido üzrə Asiya Çempionatında qızıl medal qazanıb. Abbas həmin
ilin 04 may tarixində isə Azərbaycanda keçirilən Kyokişin üzrə IV dünya kubok
yarışında öz yaşıdları arasında I yerə nail olaraq idman karyerasına dünya kubokunu və qızıl
medalını əlavə edib.Sevindirici haldır ki, yeniyetmə və gənclərimiz hər sahədə uğurlar qazanaraq bizim mənəvi gücümüzü artırır. Ümidli gələcəyimizdən xəbər verən Abbasın qələbələri bütün xocalıları sevindirir. İnanırıq ki, idman dünyasına uşaq yaşlarından uğurlu addımlar atan Abbasın parlaq qələbələri hələ qarşıdadır.